XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 19:16

İrlandiyadan İsrailə xəbərdarlıq:"Mossad"ın bizim pasportlardan istifadəsi yolverilməzdir"

irlandiya-israil

Rəsmi Dublin İsrail casuslarının İrlandiya pasportundan istifadə etməsinə təpki göstərib.

Strateq.az xəbər verir ki, İrlandiyanın xəbərdarlığına baxmayaraq, İsrailin Dublindəki səfiri Zeev Boker "Mossad"ın İrlandiya pasportundan istifadə etməməsi öhdəliyini götürəcəyinin şübhəli olduğunu bildirib.

İrlandiyadada yerli radioya müsahibə verən Zeev Boker deyib: "Mən buna heç bir zəmanət verə bilmərəm, mən sadəcə İsrail Xarici İşlər Nazirliyində çalışan diplomatam".

Xatırladaq ki, "Həmas" liderlərindən biri olan Mahmud Mabhuhu 2010-cu ildə Dubayda öldürən İsrailli casusların İrlandiya pasportundan istifadə etdiyi üzə çıxdıqdan sonra rəsmi Dublin israilli diplomatlardan birini ölkədən deportasiya edib.

M.Rzasoy