Rəsmi Tehran ABŞ-ın yeni prezidentindən İranın nüvə proqramına dair Qərb dövlətləri ilə əldə etdiyi razılaşmaya hörmətlə yanaşacağını gözləyir.
Bu sözləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ələddin Borucerdi deyib.
Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Valid Fares bildirib ki, yeni prezident razılaşmaya yenidən baxacaq. Onun sözlərinə görə, D.Tramp razılaşmaya dəyişikliklər edərək onu yenidən konqresə göndərəcək.
Xatırladaq ki, 2015-ci ilin iyulunda İran ilə “altılıq” dövlətləri arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən rəsmi Tehran nüvə proqramını məhdudlaşdırıb, əvəzində isə İrana qarşı tətbiq edilən beynəlxalq iqtisadi sanksiyaların böyük bir hissəsi aradan qaldırılıb(azərtac).