XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 12:08

Əfqanıstanda ABŞ-ın hərbi bazası yaxınlığında partlayış:ölənlər var

Bu gün Pərvan əyalətində ABŞ və NATO-nun Əfqanıstandakı əsas bazası olan Baqram aeroportu yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan hökumət qüvvələrinə kömək göstərən və təlim keçən alyansın “Qətiyyətli dəstək” (Resolute Support Mission) missiyası bu barədə müvafiq bəyanat yayıb.

“Bu gün Baqram aeroportunda baş verən partlayış çox sayda insanın həyatına son qoyub. Hadisə nəticəsində ən azı 4 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”, – missiyanın bəyanatında belə deyilir.

Partlayışın məsuliyyətini “Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.