XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2016 - 13:41

“Google Chrome”un 2 milyardistifadəçisi var

“Google” şirkəti bu günlərdə bütün dünya üzrə 2 milyard istifadəçinin “Ghrome” brauzerini yüklədikləri ilə bağlı hesabatını təqdim edib.

Bu brauzer “Chromium” proqram təminatı bazası və “Brink” prosessoru üzərində tərtib edilib.

Transmilli korporasiya hazırda neçə nəfərin brauzerin masaüstü kompüter versiyasından istifadə etdiyini açıqlamayıb. Ancaq bu ilin aprel ayında “Chrome”un mobil versiyası üçün bu göstərici 1 milyard nəfəri keçmişdi.

“Google” bildirir ki, sərəncamında 7 kompüter məhsulu var ki, onlara olan tələbat da 1 milyard istifadəçini keçir. Bura “Android” əməliyyat sistemləri nəzərdə tutulmuş onlayn oyun və əlavələr mağazası olan “Google Play”, əməliyyat sisteminin özü, axtarış proqramı, “Youtube” videohostinqi, “Chrome” brauzeri, “Gmail” elektron poçt xidməti və “Google Maps” kartoqrafik xidməti daxildir.

“StatCounter” şirkəti tərəfindən keçirilən tədqiqata əsasən, bu ay adıçəkilən brauzer internetə daxil olmaq üçün istifadə olunan bütün brauzerlər arasında 52 faiz paya malik olub(azərtac).