XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 14:16

“NEWSWEEK” Klintonun qələbəsinə həsr olunmuş nömrənisəhvən satışa çıxarıb

Amerikanın "NEWSWEEK" jurnalı səhvən Hillari Klintonun prezident seçkilərində qələbəsinə həsr olunmuş nömrə buraxıb.

“Report” “New York Post”a istinadən xəbər verir ki, jurnalın 2 variantda buraxılışı əvvəlcədən hazırlanıb və hər iki tiraj distribyutora çatdırılıb.

Distribyutor Klintonun qələbəsinə əmin olduğundan mağazalara jurnalın yalnız bir variantını göndərib. Nəticədə çərşənbə günü satışa "Madam Prezident" başlığı ilə nömrə çıxarılıb.

Qeyd edilir ki, cəmi 125 min nüsxə çap olunub. Tiraj geri çağırılıb, jurnal isə oxuculardan üzr istəyib.