XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 14:24

Əfqanıstanın xarici işlər nazirivəzifədən azad olunub

Əfqanıstan parlamenti effektsiz fəaliyyətə görə 3 naziri vəzifədən azad edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, işdən çıxarılanlar arasında xarici işlər naziri Səlahəddin Rabbani də var.

XİN başçısı ilə barəbər ictimai əhəmiyyətli obyektlər üzrə nazir və əhalinin sosial təminatı naziri də vəzifədən azad olunublar. 

Məlumata görə, həmin nazirlər dövlət büdcəsindən rəhbərlik etdikləri qurumlara ayrılan vəsaiti vaxtında və səmərəli formada xərcləyə bilməməkdə ittiham olunurlar. 

İşdən çıxarılan üç nazirin yerinə təyin olunacaq şəxslərin siyahısı Əfqanıstan prezidentinə təqdim olunub.