XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 16:39

Çində 100-dən çox aviareystəxirə salınıb

Çinin Sıçuan əyalətinin Çendu şəhərində yerləşən “Şuanlyu” aeroportunda qatı duman səbəbindən 100-dən çox aviareys təxirə salınıb, 15 reys isə ləğv edilib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qatı duman regiona gecə saatlarında enib. Reyslərlə bağlı vəziyyətin axşama yaxın tənzimlənəcəyi gözlənilir. Ümumilikdə hava limanında 10 minə yaxın sərnişin dumanın çəkilməsini və təyyarələrin havaya qalxmasını gözləyir.

Qeyd edək ki, noyabrın əvvəlində də “Şuanlyu” aeroportunda duman və buludlu hava şəraiti ilə əlaqədar 130 reys təxirə salınmış, 12 reys ləğv olunmuşdu.