XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 16:41

Polşada satışdan verginin tətbiqitəxirə salınıb

Polşa hökuməti 2017-ci ilin sonuna qədər satışdan verginin tətbiqi ilə bağlı nəzərdə tutduğu planın icrasını təxirə salmağı qərara alıb.

"Vergilər.az” saytı bildirir ki, bu addımın atılması hökumətə satışdan verginin tətbiq edilməsi üçün prosedurların təkmilləşdirilməsinə lazım olan vaxt imkanını verəcək, eləcə də Avropa Komissiyasına öz təhqiqatını başa çatdırmağa şərait yaradacaq.

Xatırladaq ki, Polşada satışdan vergi tutulması sentyabrın 1-dən qüvvəyə minmişdi, o vaxt Avropa İttifaqı bu verginin bir sıra şirkətlərə öz rəqiblərinə qarşı üstünlük qazanmasına şərait yaradıb-yaratmadığını araşdırmaq üçün təhqiqata başlamışdı.

Polşa qanunvericiliyinə görə, aylıq dövriyyəsi 17 milyon avro ilə 170 milyon avro arasında olan şirkətlər hər ay 0,8 faiz dərəcəsi ilə, aylıq gəliri 170 milyon avrodan artıq olan pərakəndə satış müəssisələri isə 1,4 faiz dərəcəsi ilə vergi ödəməli idilər.