XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2016 - 17:05

“Deyli Teleqraf” qəzeti:"Britaniya NATO-nu Trampdan qorumağa hazırlaşır"

nato

Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon Avropa Birliyinin bazar ertəsi baş tutacaq sammitində NATO-dan olan həmkarlarına müdafiə xərclərini artırmaları ilə bağlı müraciət edəcək.

Bu barədə informasiyanı Böyük Britaniyanın “Deyli Teleqraf” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet rəsmi Londonun bu addımı ABŞ-ın yeni prezidenti Donald Trampın Alyansa maliyyə dəstəyini azaltmaq istəməsi ilə əlaqədar atacağını bildirib:

“Trampın seçkiqabağı təşviqat kampaniyası zamanı səsləndirdiyi fikirlər Britaniyanın Alyansa müraciəti üçün impuls olub. Əvvəllər amerikalılar daha çox pul ayıracaqlarını deyirdilər. Əgər yeni administrasiya bu mövqedən imtina etsə, o zaman digər dövlətlər bununla bağlı düşünməli olacaqlar. Digər tərəfdən, Avropa da artıq təhlükəsizliyi ilə bağlı böyük problemlərlə üzləşir. Artıq Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa ordusunun yaradılması ilə bağlı Avropa Birliyi ölkələrinə müraciət edib. Fellon isə Avropadakı həmkarlarını bu fikrindən daşındırmağa çalışacaq”.   (Axar.az)