Bilisbeyov: “Onlar ökəmizin aldadılmış vətəndaşlarıdır”
Qazaxıstan Milli Təhkükəsizlik Komitəsinin sədri Nurqali Bilisbeyov deyib ki, 150-yə qədər Qazaxıstan vətəndaşı terrorçu qrupların tərkibində xarici ölkələrdəki döyüş əməliyyatlarına qatılıb.
Strateq.az “Новости-Казахстан” İA-ə isnadən bildirir ki, Bilisbeyov deyib: “Həmin 150 nəfərin yanında yaraqlılarn daha 200 dul qadını, arvad-uşaqları var. Bu qazaxıstanlıların bir qismi radikal təbliğatın qurbanı olub. Əslində, onlar ökəmizin aldadılmış vətəndaşlarıdır. Əksəriyyəti terrorçuların əsil niyyətini başa düşüb vətənə qayıtmaq istəsə də, qorxur”.
Bilisbeyov onu da deyib ki, MTK 2014-cü ildə 80 qazaxıstanlının yaraqlılar tərəfindən ələ alınmasının qabağını alıb.