XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 19:06

Rusiyadan ABŞ-a sürpriz qadağa:Səfir ölkəyə girə bilməyəcək

russia

Rusiya hökuməti ABŞ-ın bu ölkədəki keçmiş səfiri Maykl Makfaulun ölkəyə girişini qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərara səbəb kimi Ağ Evin bəzi rus rəsmilərinin ABŞ-a səfərini qadağan etməsi göstərilib.

Qeyd edək ki, Makfaul Rusiyaya səfər etmək üçün viza ilə bağlı müraciət etdiyi zaman bu qərardan xəbərdar olub.

Qeyd edək ki, Maykl Makfaul 2012-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb.  (Axar.az)