XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 21:25

Pentaqondan Əfqanıstandakı partlayışla bağlıaçıqlama

ABŞ-ın müdafiə naziri Eşton Karter Amerika və NATO-nun Əfqanıstanın Baqram hərbi bazasında şənbə günü törədilən partlayış nəticəsində dörd amerikalının həlak olduğunu təsdiqləyib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, Pentaqonun başçısının məlumatına əsasən, həlak olanların ikisi hərbçi, ikisi isə müqavilə ilə bazada işləyən əməkdaşdır. Partlayış nəticəsində NATO missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb.

Xatırladaq ki, terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.