XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 21:47

Obama administrasiyası Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşmanı ratifikasiyadanimtina edəcək

Barak Obama administrasiyası Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanı ratifikasiyadan imtina etmək niyyətindədir.

ABŞ-ın bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Prezident administrasiyasının rəsmi nümayəndələri etiraf ediblər ki, Obamanın hakimiyyətinin son aylarında TPP barədə heç bir addım atılmayacaq. Həmin nümayəndələr bildiriblər ki, yeni Prezident Donald Trampın və hakim Respublikaçılar Partiyasından olan deputatların mövqeyi bu razılaşma üçün heç bir şans qoymayıb.

Noyabrın 11-də Ağ Evin rəsmi nümayəndəsi Ben Rods məlumat verərək bildirib ki, Prezident Barak Obama noyabrın 19-da Peruda başlayacaq APEC sammiti çərçivəsində razılaşmanın üzvü olan ölkələrin liderləri ilə görüşməyi planlaşdırır(azərtac).