XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 07:56

İŞİD xlorlu mərmilərə əl atdı –3 ölü, iki yaralı

isid-mermi

İŞİD silahlıları İraqın Səlahəddin əyalətinin Şərqat rayonunu xlorlu mərmilərlə atəşə tutub, nəticədə 3 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.

“İŞİD silahlıları Əl-Hanuka kəndinə zəhərli maddə hesab edilən xlorla doldurulmuş  azı 15 mərmi atıblar”, – deyə ordudakı  mənbə  telekanala bildirib.

“Zərbələr nəticəsində 3 nəfər ölüb, iki nəfər yaralanıb. Onların arasında qadın və uşaq da var, həmçinin kəndə ciddi ziyan dəyib”, – deyə mənbə əlavə edib.