XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 10:20

Moldovada prezident seçkilərininikinci turu başlayıb

Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd – sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) prezident kürsüsü uğrunda mübarizə aparırlar.

Seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd 4 il müddətinə prezident seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb, səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq. Ölkədə 1981 seçki məntəqəsi var.