XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 09:24

Tramp prezident maaşından imtina etdi:“Simvolik olaraq ayda 1 dollar alacağam”

tramp-001

ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib.

 APA-nın xəbərinə görə, bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib.

 "Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm ", – deyə D.Tramp bildirib.

 Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.  “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.