Məbəd IV əsrdə Assuriya şahının göstərişi ilə inşa edilmişdi
İŞİD terror qrupunun yaraqlıları İraqın Mosul əyalətində Mar-Benham katolik məbədini partadıblar.
Straeq.az xarici KİV-ə əsasən xəbər verir ki, yaraqlılar binanı dağıtmaq üçün partladıcıdan istifadə ediblər. Jurnalistlərə bu barədə partlayışın şahidi olmuş yerli sakinlər məlumat veriblər.
Bildirilir ki, monastır Assuriya şahı Senharebin göstərişi ilə IV əsrdə inşa edlib. Tarixçilər ehtimal edirlər ki, Senhareb xristianlığı qəbul etmiş övladlarını qətlə yetirdiyi üçün tövbə etmək qəsdilə bu monastırı tikdirib.