XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 15:16

Rusiya ilə İran arasında viza ləğv oluna bilər

viza

Rusiya ilə İran arasında vizalar gələcəkdə ləğv oluna bilər.

TASS agentliyinin verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

Spikerin sözlərinə görə, bu barədə iki ölkənin konsul xidmətləri arasında məşvərətlər davam edir. Bu barədə yekun müddəalar dekabrın 13-də Tehranda hökumətlərarası komissiyanın iclasında qəbul oluna bilər.

V.Matviyenko qeyd edib ki, ötən il iki ölkə arasında viza rejiminin sadələşdirilməsi barədə razılıq əldə olunmuşdu. Spiker bu razılaşmadan sonra İran və Rusiya arasında gediş-gəlişin sayı iki dəfə artdığını qeyd edib.