XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2016 - 23:43

Putinlə Merkel danışdı –Ukrayna, Suriya və qaz müzakirəsi

putin-merkel

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər Donbasda atəşkəs rejiminin davamlı şəkildə pozulmasından narahatlığını bildiriblər.

Söhbət zamanı həmçinin Suriya böhranının nizamlanması və bir sıra ikitərəfli məsələlərə toxunulub.

“Almaniya kansleri ilə danışıq zamanı Vladimir Putin Rusiya qazının Ukrayna ərazisi ilə Avropa istehlakçılarına tranzitini müzakirə edib”, – deyə, Kremlin məlumatında bildirilir. 

APA