XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Noyabr 2016 - 01:02

“Keçmiş sovet bloku ölkələrindəki seçkilər Avropa Birliyi üçün sınaqdır” –“Qardian” qəzeti

bolqar-moldava

"Keçmiş sovet bloku ölkələrindəki seçkilər Avropa Birliyi üçün sınaqdır"

Bu iddia ilə “Qardian” qəzeti çıxış edib. Qəzet bu seçkilərin Rusiyanın Şərqi Avropadakı təsir dairəsini genişləndirməsinə səbəb olacağını bildirib:

Bolqarıstanda çoxları Rusiya ilə münasibətlərin və ticarətin bərpasının tərəfdarıdır. Üstəlik, sosialistlərin lideri olan Rumen Radev Moskvaya qarşı sanksiyaların uzadılmasını istəmir. Moldovanın yeni prezidenti İqor Dodon isə artıq Avropa Birliyi ilə ticarət anlaşmasından ayrılıb, Avrasiya İttifaqına üzv olacağını bəyan edib. Hazırda moldovalıların 30,9%-i ölkənin AB-nin üzvlüyünü istəyir. 44% insan isə Avrasiya İttifaqına can atır”.

Qeyd edək ki, dünən Moldova və Bolqarıstanda prezident seçkisi keçirilib.

Hər iki ölkədə rusiyayönlü siyasətçilər qalib olublar. Moldovada prezidenti İqor Dodon, Bolqarıstanda isə Rumen Radev olacaq.

Axar.az