XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 10:21

Avropanın 28 ölkəsi Türkiyəyə görə toplandı –Ankaraya rəsmən xəbərdarlıq edildi

ab-nazirler-morqeni

Dünən Avrupa Birliyinə daxil olan 28 ölkənin xarici işlər nazirləri Brüsseldə Türkiyə ilə əməkdaşlığın davam etdirilib-etdirilməsi ilə bağlı toplanıblar.

Toplantıda Avstriya xarici işlər naziri  Sebastian Kurz Türkiyə ilə münasibətləri kəsməklə yanaşı, danışıqları da dayandırmağı birmənalı tələb edib: 

"Türkiyə ilə müzakirə və görüşmələrin sürdürülməsindən yana deyilik. Türkiyənin Avropa Birliyində yeri olduğunu düşünmürük".

Maraqlıdır ki, Avropa Birliyindən çıxmaq üzrə olan İngiltərənin xarici işlər naziri Boris Johnson isə Türkiyənin strateji önəmə sahib  olduğunu deyərək, Avstriyalı həmkarına qarşı çıxıb: "Türkiyəni küncə qoymamalıyıq. Yaşananlara qarşı ortaq çıxarlarımıza zidd qabarıq təpki verməməliyik".

Toplantıda Lüksemburqlu nazir Avstriyadan yana mövqe sərgiləsə də, birliyin güclü üzvləri olan Almanya və Fransanın nazirləri Türkiyə ilə danışıqların dayandırılmasının bu mərhələdə xeyirdən çox, zərər gətirəcəyini bildiriblər. 

Avrupa Birliyinin xarici işlər üzrə nümayəndəsi Federika Moqerini isə Türkiyənin edam cəzasını yenidən gündəmə gətirməsi durumunda münasibətlərin və danışıqların avtomatik olaraq  dayanacağını bəyan edib. 

Mia.az