XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2015 - 11:46

Tiflisdə “qızılgül inqilabı”nı təkrar etmək istəyirlər?

Saakaşvili parttiyasının fəalları artıq “fitnəkarlıq” törətməyə cəhd edən “dəstələr” yaradıblar

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları marttın 21-də hökumətə qarşı elan edilmiş etiraz mitinqini yeni “qızılgül inqilabı”na çevirmək niyyətindədirlər.

Strateq.az Gürcüstan mətbuatına isnadən xəbər verir ki, bu barədə “Vahid milli hərəkat” partiyasındakı mənbələr məlumat verib.

Yerli mətbuatın yazdığına görə, mitinq iştirakçıları Dövlət Dəftərxanası, parlament və Tiflis meriyasının şəhərin mərkəzndə yerləşmiş binalarını mühasirəyə almağa cəhd edəcəklər. Buna nail ola bilsələr, digər dövlət müəssisələrinə soxulmaq və müdafiə vəziyyətinə keçmək nəzərdə tutulur.

Mətbuat yazır ki, Saakaşvili parttiyasının fəalları artıq “fitnəkarlıq” törətməyə cəhd edən “dəstələr” yaradıblar. Mitinq iştirakçııarının zorla dağıdılması baş versə, dəstə üzvləri hökumətyönlü qüvvələrin tərəfdarları kimi dava-dalaş təşkil edib, güman ki, silıah da tətbiq edəcəklər. Bu hadisə polisinn ayağına yazılacaq.

Amma Gürcüstan hakimiyyəti bu aksiyanın baş tutacağına əmin deyil.