XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2016 - 15:43

Yeni prezident mühafizə xidmətindən imtina etdi –Açıqlama

iqor-moldava-prezid

Moldovanın yeni seçilmiş prezidenti İqor Dodon andiçməyə qədər dövlət mühafizə xidmətindən imtina edib.

Yeni prezident facebook hesabında Dövlət Mühafizə Xidmətinin rəhbəri Viktor Çerneyə müraciət edib:

“Xahiş edirəm ki, qanunvericiliyin müddəlarına əməl edilsin və məni “qorumaq” üçün göndərilən Dövlət Mühafizə Xidmətinin zabitləri geri çağırılsın”.

Yeni seçilmiş prezident hesab edir ki, vəzifəsinin icrasına başlayacağı günə kimi onu hər hansı təhlükə gözləmir.

Qeyd edək ki, Sosialistlər partiyasından olan İqor Dodon noyabrın 13-də keçirilən seçkilərdə 52,18 faiz səslə qalib gəlmişdi.

Qafqazinfo