XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 11:48

Obamanın Yunanıstana səfərietiraz doğurdu

ABŞ prezidenti Barak Obama Yunanıstanda rəsmi səfərdədir.

Milli.az xarici mediaya istinadla xəbər verir ki, onun Yunanıstana səfərinə qarşı şəhərin mərkəzi küçələrində etiraz aksiyası keçirilib.

Aksiyada 7 minə yaxın yunan iştirak edib. Aksiya iştirakçıları polislərə daşlar və "Molotov kokteyl"ləri atıblar.

Onlarla aksiya iştirakçısı tutulub.

Aksiyanın səbəbi isə Obamanın Yunanıstana 1973-cü ildə tələbələrin üsyanının hərbi xunta tərəfindən qan içində boğulmasının ildönümünə iki gün qalmış yollanmasıdır. Yunanıstandakı hərbi xuntanı Vaşinqton dəstəkləyirdi.

Səfər zamanı təhlükəsizliyi təmin etmək üçün 5 mindən çox polis səfərbər edilib.

Qeyd edək ki, 1999-cu ildə Bill Klintonun Yunanıstana səfəri zamanı da belə iğtişaşlar baş vermişdi.