XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 13:47

BBC Şimali Koreyadayayıma başlayır

İngiltərənin nüfuzlu yayım korporasiyası olan BBC tarixində ilk dəfə olaraq Şimali Koreyada yayıma başlayacaq.
 
APA TV-nin "The Times" nəşrinə istinadən məlumatına görə, 2017-ci ildən başlanacaq translyasiyaya ilk olaraq səhər və axşam saatlarında yayımlanacaq 30 dəqiqəlik xəbər buraxılışları ilə start veriləcək.
 
Bundan əlavə, ölkə əhalisi buraxılışların internet versiyasını da izləyə biləcəklər.
 
Qeyd edək ki, hələlik sınaq rejimindəki yayım 2017-ci ilin yazından tam gücü ilə həyata keçiriləcək.