XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 14:15

Türkiyə Özbəkistanla münasibətlərdəyeni səhifə açılmasını istəyir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan və Özbəkistana səfəri başlayır. 

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti səfər öncəsi Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında ölkəsinin Özbəkistanla münasibətlərdə yeni səhifə açılmasını istədiyini deyib.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan noyabrın 17-18-də Daşkəndə səfəri zamanı Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayev ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafının, habelə regional və beynəlxalq proseslərin müzakirə olunması planlaşdırılır.