XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 22:17

Səudiyyə Ərəbistanı qaz istehsalını iki dəfəartırmaq niyyətindədir

Səudiyyə Ərəbistanı xalis energetikaya yatırılan investisiyanı, həmçinin təbii qaz istehsalını iki dəfə artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ölkənin energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih BMT-nin Mərakeşdə keçirilən Ümumdünya İqlim Konfransında çıxışı zamanı bildirib.

"Biz "xalis enerji"nin bütün növlərində investisiyaları artırmağı və bu sahədə tədqiqat aparmağı planlaşdırırıq. Biz təbii qaz istehsalını iki dəfə artırmağa hazırlaşırıq, o cümlədən elektrik enerjisi istehsalında neftə az bel bağlayacağıq, əsasən təbii qaz, atom enerjisi və imkan daxilində bərpa olunan enerji ehtiyatlarından istifadə edəcəyik", – deyə o bildirib.