XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 23:14

Braziliyada nümayişçilər parlamentin iclas zalınadaxil olub

Braziliyada hökumət əleyhinə çıxış edən təqribən 60 nəfərdən ibarət nümayişçi Parlamentin Aşağı Palatasının iclas zalına daxil olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, nümayişçilər Deputatlar Palatasının iclas zalını tutublar.

Nəticədə etirazçılarla onları binadan çıxarmağa çalışan mühafizəçilər arasında münaqişə yaşanıb.

Nümayişçilərin məhz nə tələb irəli sürdükləri aydın deyil. Onlardan bəziləri prezident Mişel Temerin sağ-mərkəzçi hökumətinin həyata keçirməyi planlaşdırdığı özəlləşdirməyə qarşı şüarlar səsləndiriblər.