XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 10:13

Donald Trampın adı Nyu- Yorkda binaların üzərindənyığışdırılır – FOTO

tramp-bina

Yenicə prezident seçilmiş Donald Trampın adı Nyu Yorkda bir sıra yaşayış binalarının üzərindən yığışdırılır.

Strateq.az “Amerikanın səsi” radiosuna istinadən bildirir ki, Upper Vest Side rayonunun Riverside bulvarında yerləşən 140, 160, 180 saylı binaların üzərində artıq “Trump Place” – yəni “Tramp Yeri” yazılmayacaq. Bu barədə Equity Residential firması açıqlama verib.

Əvəzində, binalar sadəcə küçə ünvanları ilə tanınacaq.

“Biz bu adı həmin binaların üzərindən yığışdırırıq,” Equity Residential”ın sözçüsü Marti  McKenna “New York Post” qəzetinə bildirib. “Qərar buna əsaslanırdı ki, binaya neytral ad verməklə onu indiki və gələcək sakinlər üçün daha cazibədar edək.”

Dəyişikliklər prosesi firmanın nəzarətində olan bütün binaları əhatə edəcək. McKenna qərara gəlinərkən bir çox faktorların, o cümlədən sakinlərin rəylərinin nəzərə alındığını bildirib.

Bina sakinləri artıq bir müddətdir ki, dəyişikliyin edilməsinə çağırırlar. 600 adam Trampın adının binadan yığışdırılması üçün petisiya imzalayıb.

tramp-bin