XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 15:06

Rusiyadan daha iki gəmi yola çıxdı –Suriyaya doğru

rus-gemileri

Suriyaya yük aparan Rusiyanın Şimal donanmasına məxsus böyük “Georgi Pobedonosets” desant gəmisi çərşənbə günü Qara dəniz boğazlarından keçərək Aralıq dənizi hövzəsinə daxil olub.

Rusiyanın Baltik donanmasına məxsus böyük "Korolyov" desant gəmisi isə Cəbəllütariq boğazından keçərək Aralıq dənizi istiqamətində hərəkət edib.

Hər iki gəminin Suriyanın Tartus limanına yük aparmaq üçün yola çıxdığı ehtimal olunur. Orada Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində maddi-texniki təminat mətəqəsi yerləşir. (Axar.az)