XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2016 - 10:09

Avropa İttifaqı ölkələrindən Ukrayna ilə bağlı razılıq –Vizasız rejim

Avropa

Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq veriblər.

Bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.   

Məlumata görə, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.

Bununla belə, qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.

“Mən noyabrın 24-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam”, – deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib.   

APA