"Rusiyanı təcrid etmək mümkün deyil. Ona görə də onlar ilə əlaqələr yaratmaq, dialoq qurmaq zəruridir".
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Bu gün Belçika paytaxtı Brüsseldə Marşall Alman Fondunda çıxış edən Y.Stoltenberq Rusiyanın dialoqa açıq olduğunu bildirib: "Xarici işlər naziri Sergey Lavrovla görüşdə əldə etdiyim məlumatlara əsasən, deyə bilərəm ki, Rusiya da münasibətlərin bərpasında maraqlıdır. Onlar da dialoq qurmağa açıqdır". (Report)