XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2016 - 15:01

Tramp ilk görüşünü keçirdi:"“Biz səmimi mühitdə çoxməzmunlu danışıqlar apardıq"

yaponiya

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp xarici ölkə lideri ilə ilk görüşünü keçirib.

Tramp Nyu Yorkda Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb.

Görüşdə müzakirə olunan mövzular barədə açıqlama verilməyib.

“Biz səmimi mühitdə çoxməzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki, biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla etibarlı əlaqələr qura biləcəyik”, – görüşdən sonra Abe jurnalistlərə açıqlamasında deyib. (Axar.az)