XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 15:22

Senat Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırlaşır:"Bu bizə Rusiya və Sovetlərin qaranlıq dövrlərini xatırladır”

usa-senat

Beynəlxalq əlaqələr üzrə senat komitəsinin üzvü, Demokratlar partiyasının senatoru Ben Kardin Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyəti fonunda sanksiyaları sərtləşdirməyə çağırış edib.

Görkəmli senator Ben Kardin ictimaiyyətə bəyan edib ki, beynəlxalq normalara və Helsinki dəyərlərinə hörmətsizliyə görə tezliklə Rusiyaya qarşı yeni və daha geniş sanksiyaların irəli sürülməsinə dair “kompleks” qanun layihəsi təşəbbüsü ilə çıxış edəcək.

“Rusiyada hüquq müdafiəçiləri marjinallaşdırılır, siyasi partiyalar siyasi proseslərdən uzaq tutulur, vətəndaş cəmiyyəti, müstəqil mətbuat basqılara məruz qalır, QHT-lər çətinliklə öz mövcudluğunu qoruyur. Bütün bunlar Rusiya hökumətinin repressiyalarının nəticəsidir, bu bizə Rusiya və Sovetlətin qaranlıq dövrlərini xatırladır”.

Kardinin sözlərinə görə, təklif olunan qanun layihəsi beynəlxalq normaların pozuntusuna cavab olacaq və Senatın hər iki partiyası tərəfindən geniş dəstək görəcək.

Kardin bildirib ki, Rusiyanın Ukrayna və Suriyada fəaliyyətinin davam etməsinə cavab olaraq, Rusiya iqtisadiyyatının başlıca sektorlarının təmsilçilərinə qarşı ABŞ-ın yeni sanksiyalar irəli sürməsinə ehtiyac var.  (Azadlıq.info)