XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 16:18

Keçmiş Baş nazir:"Trampla Putin razılaşsa..."

putin-tramp

ABŞ-ın yeni prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin NATO-ya yeni üzvlərin alınmaması ilə bağlı razılaşa bilərlər.

Bu sözlər Finlandiyanın keçmiş Baş naziri Aleksandr Stubun “Faynənşıl Tayms” qəzetindəki köşəsində yer alıb. Onun sözlərinə görə, Breksit kimi Trampın qələbəsinə də 2009-cu il maliyyə böhranı kömək edib:

“Məhz həmin dövrdən etibarən Qərbdə millətçilik, proteksionizm və populizm populyarlıq qazandı. Dünyadakı situasiya bizə yalnız ən yaxşı şeyləri arzulamağı məcbur edir. İndiki şəraitdə Qərb üçün ən uğurlu addım ABŞ-Avropa əməkdaşlığının dərinləşdirilməsidir. Ən qorxulu məqam Putin və Trampın NATO-ya yeni üzvlərin alınmaması ilə bağlı razılaşması ola bilər. Bu, Şimali Avropanın təhlükəsizliyinə təhdidi artıra bilər. Üstəlik, Tramp Rusiyanın Ukraynanın şərqindən çıxmasından sonra ona qarşı sanksiyaları ləğv edə bilər. Bu ABŞ-ın Krımın Rusiya ərazisi olduğunu tanımasına səbəb olacaq”. (Axar.az)