Netanyahu: “Mən bir dövlət barədə qərar istəmirəm”
ABŞ İsraili BMT-də ona dəstək verməyi dayandıracağı ilə hədələyib, Netanyahu isə həmin andaca iki dövlətin yaradılması naminə çıxış etdiyini bildirməklə yarıaddım geri çəkilib.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Bibinin seçkilərdə qələbəsindən sonra Amerikanın diplomatik mənbələri müxtəliv KİV-ə Yaxın Şərq strategiyasının dəyişiləcəyi və Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının müstəqil Fələstin dövlətinin yaradılması barədə qətnaməsinə dəstək verə biləcəyi barədə informasiyalar buraxmağa başlayıb.
Məlum olduğu kimi, İsrail BMT-nin 1947-ci ilin noyabrında qəbul etdyi qətnamə sayəsndə meydana çıxıb. İsraillilər o vaxtdan bəri hesab edirlər ki, BMT onların ölkəsinə qarşı düşməncəsinə köklənib.
ABŞ hələ ötən ilin dekabrından TŞ-nın digər üzvlərinə xəbərdarlıq etmişdi ki, İsraildə seçkilər keçirilənədək istənilən təşəbbüsü boykot edəcək. çünki Vaşinqton situasiyanı dəyişəcək Hersoqun qələbəsinə ümid edirdi.
Vaşinqtonun mümkün addımları barədə qeyri-rəsmi məlumatlar yayıldıqdan dərhal sonra Netanyahu bildirib: “Mən bir dövlət barədə qərar istəmirəm. İki dövlət barədə sülh və etibarlı qərar lehinə çıxış edirəm, lakin bunun gerçəkləşməsi üçün şərtlər dəyişilməlidir”.