XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2016 - 18:25

İslam Kərimov Fondu yaradıldı –Mərhum prezidentin qızından açıqlama

lola-islamin-qizi

"Atamın xatirəsini əbədiləşdirmək üçün mən və anam İslam Kərimov adlı xeyriyyə fondunun təməlini qoyduq".

Strateq.az xəbər verir ki, bunu Özbəkistanın mərhum prezidentinin kiçik qızı Lola Kərimova-Tillayeva öz facebook səhifəsində bildirib.

"Fondun planlarına Özbəkistan ilk prezidentinin adını daşıyacaq muzeyin yaradılması, onun əsərlərinin nəşridir. Bununla bərabər İslam Kərimov Fondu Özbəkistanda və xarici universitetlərdə təhsil alan istedadlı gənclərə qrant verəcək. Özbəkistanda yerli elm inkişaf etdirmək üçün də tədqiqat layihələrinə qant verilməsi nəzərdə tutulur", – deyə Lola Kərimova yazıb.

İslam Kərimov Fondu mədəni layihələrə, o cümlədən Özbəkistan dilinin inkişafına xüsusi diqqət yetirəcək, özbək klassiklərinin əsərlərinin nəşri və xarici dillərə tərcüməsini də təşviq edəcək.

Qeyd edək ki, İ.Kərimovun böyük qızı Gülnarə Kərimovanın bu layihəyə dəstək verib-verməməsi məlum deyil.

M.Rzasoy