XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

18 Noyabr 2016 - 20:26

Trampın ilk təyinatları –"Bloomberg" adları açıqladı

tramp-44

ABŞ-ın seçilən prezidenti Donald Tramp ABŞ-ın Baş Prokurorluğu və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni rəhbərini seçib.

Strateq.az "Bloomperg"ə istinadla xəbər verir ki, onlar respublikaçı senator Ceff Seşns və konqresmen Maykl Pompeodur.

C.Seşns D.Trampın prezident ambisiyalarını dəstəkləyən ilk senator olub. Onun qanunsuz miqrantlarla bağlı fikirləri yeni prezidentin baxışarı ilə üst-üstə düşür. O, həmçinin Meksika ilə sərhəddə divar hörmək ideyasını dəstəkləyir.

CIA-nın rəhbəri olacaq Maykl Pompeo ultra-mühafizəkar respublikaçı Çay Partiyasının üzvü kimi tanınır. ABŞ-ın 45-ci prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi isə istefada olan general-leytenant, Müdafiə Nazirliyi Kəşfiyyat Departamentinin sabiq direktoru Maykl Flinn olacaq.

M.Rzasoy