XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 20:47

CIA-nın yeni rəhbəri kimdir? –Qısa bioqrafiya

maykl-pompeo

Kanzaslı konqresmen Maykl Pompeo Reuters-ə açıqlmasında D.Trampın təklifinə razılıq verdiyini tədiqləyib.

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru olacaq şəxs kimdir?

Strateq.az xəbər verir ki, M.Pompeo 1963-cü ilin dekabrında Kaliforniya ştatında doğulub.

O, 1986-cı ildə Vest-Poyntdakı ABŞ Hərbi Akademiyasını bitirib. 1986-1991-ci illərdə ABŞ ordusunda xidmət edib. Sonralar özəl bizneslə məşğul olan M.Pompeo "Thayer Aerospace" şirkətini yaradıb. 1994-cü ildə Harvard Universitetinin hüquq doktorluğu elmi dərəcəsi alıb və nüfuzlu hüquq firmasında çalışmağa başlayıb. 2011-ci ildən ABŞ-ın Nümayəndələr Palatasında Kanzas ştatını təmsil edir.

M.Rzasoy