XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 10:44

Yaponiyanın mərkəzi hissəsində zəlzələ olub- 5,4 bal gücündə

Noyabrın 19-da günorta saatlarında Yaponiyanın Mərkəzi hissəsində 5,4 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan olunmayıb.

Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:48-də Vakayama prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar 23 prefekturada hiss olunub. Daha güclü təkanlar Osaka, Vakayama, Mie, Kioto, Nara və Siqa prefekturalarında qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Regionda yerləşən atom elektrik stansiyasının işində də fasilə qeydə alınmayıb(azərtac).