XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 11:26

Dünyada ilk dəfə insana süni ürək köçürən cərrahınürəyi dayandı

Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən məşhur cərrah Denton Kuli ABŞ-da 96 yaşında vəfat edib.

Azərtac xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Kuli cümə günü səhər Hyustondakı evində dörd qızının əhatəsində dünyasını dəyişib.

Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparmışdı. Bir il sonra isə donor növbəsinə dayanmış 47 yaşlı pasientə süni ürək köçürərək onun həyatını xilas etmişdi. Süni ürək pasienti 65 saat həyatda saxlamış və bundan sonra əsil ürəklə əvəz olunmuşdu.

Agentlik bildirir ki, Denton Kuli karyerası ərzində 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb. Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri – Azadlıq prezident medalı da var.