XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2016 - 11:37

OPEC-lə neft hasilatının “dondurulması” danışıqları Rusiyaya6 milyard qazandırıb

Rusiyanın Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə neft hasilatının “dondurulması” üzrə danışıqlarda iştirak etməsi ölkəyə 400 milyard rubl (6 milyard dollar) qazandırıb.

Azərtac “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın OPEC-lə neft hasilatının “dondurulmasına” dair görüşlərdə fəal əməkdaşlıq etməsi ölkə büdcəsinə 400 milyard rubl vəsait qazandırıb.

Belə ki, Rusiyanın büdcə gəlirlərinin təxminən 40 faizi neft və qaz gəlirlərindən asılıdır. Neft qiymətinin rekord səviyyədə ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir edib və büdcə kəsiri son altı ilin ən yüksək səviyyəsinə çıxıb. OPEC-lə neft hasilatının “dondurulması” üzrə aparılan müzakirələr nəticəsində neftin qiyməti 27 dollar/barreldən 44-45 dollar/barrelə yüksəlib və Rusiyanın büdcə gəlirləri 400 milyard rubl artaraq 700 milyard rubla çatıb.