XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 11:55

Rusiyanın neft hasilatı artıb,qaz hasilatı azalıb

Rusiyanın neft hasilatı bu ilin on ayında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artıb, qaz hasilatı isə 0,9 faiz azalıb.

Azərtac xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında deyilir. Bildirilir ki, ölkədə neft hasilatı bu ilin yanvar-oktyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 455 milyon tona yüksəlib. Hesabat dövründə ölkənin qaz hasilatı isə 0,9 faiz azalaraq 441 milyard kubmetrə düşüb.

Rusiyada neft məhsullarının istehsalı bu ilin on ayında ötən ilin eyni dövrünə görə 78 faiz azalaraq 46,2 milyon tona enib.