XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

19 Noyabr 2016 - 13:01

“Leypsiq” Bundesliqada liderliyi ələ keçirərəktarix yazıb

“Leypsiq” komandası futbol üzrə Almaniya çempionatında – Bundesliqada liderliyi ələ keçirərək klub tarixində yeni rekord müəyyənləşdirib. Bundesliqada ilk dəfə mübarizə aparan klub çempionatın 11-ci turunda səfərdə “Bayer Leverkusen” komandasını 3:2 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Azərtac xəbər verir ki, çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən “Bavariya” noyabrın 19-da səfərdə “Borussiya Dortmund” üzərində qələbə qazana bilməsə “Leypsiq” liderliyini möhkəmləndirəcək.

“Leypsiq” 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.