XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 13:45

ABŞ-da sanitar-nəqliyyat təyyarəsiqəzaya uğrayıb

ABŞ-ın Nevada ştatında sanitar-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.

Azərtac xəbər verir ki, Fox13 telekanalının məlumatına görə, insident noyabrın 18-də yerli vaxtla saat 20:30-da baş verib. Ürək xəstəliyindən əziyyət çəkən pasiyenti qonşu Yuta ştatına aparmalı olan “Piper PA 31” təyyarəsi havaya qalxdıqdan az sonra yerli aeroportun yaxınlığında avtomobil dayanacağına düşüb.

Yerli hökumətin məlumatına əsasən, təyyarənin göyərtəsindəki 4 nəfər, o cümlədən iki ekipaj üzvü, tibb bacısı və pasiyent həlak olub. Hadisə nəticəsində dayanacaqdakı bir neçə avtomobil yararsız hala düşsə də, yerdə heç kimin xəsarət almadığı bildirilir.