XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 14:17

İŞİD Avropada terror hazırlayır? –Hollandiyanın xüsusi xidmət orqanları açıqladı

holland

İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasının Avropada 60-80 yaraqlısı var.  

Bu barədə "Associated Press" agentliyinə Hollandiyanın terrorla mübarizə üzrə milli koordinatoru Dik Sxoff bildirib.

D. Sxoff həmin yaraqlıların terror hücumları hazırladıqları barədə xəbərdarlıq edib.

Koordinator qeyd edib ki, İŞİD-in potensial tərəfdarları terrorçuların məlumatlarını izləyir, onların dediklərinə əməl edirlər.

"Terrorçular isə Avropa ölkələrindəki tərəfdarlarına Suriya və İraqa getməməyi, Avropada hücumlar təşkil etməyi xahiş edirlər. Bu səbəbdən də Suriya və İraqda döyüşən "əcnəbi yaraqlıların" sayı son altı ayda artmayıb. Lakin həmin şəxslər Avropa ölkələri üçün real olaraq qalırlar", – deyə o bildirib.  

D. Sxoffun sözlərinə görə, Avropadan Suriya və İraqda İŞİD sıralarında döyüşən "əcnəbi yaraqlı"ların sayı 4-5 min nəfərdir. (APA)