XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 16:13

10 minlərlə nümayişçi baş nazirin istefasını tələb etdi –Malayziyada

malayziya

10 minlərlə etirazçı Malayziyanın paytaxtı Kuala Lumpurun küçələrinə çıxaraq, böyük maliyyə skandalında adı hallanan baş nazir Nacib Razakın istefasını tələb edib.
Yürüşlərə bir neçə saat qalmış bir neçə müxalifət liderinin həbs olunmasına və polisin yolu bağlamasına baxmayaraq, aktivistlər mitinqi keçirməyə nail olub.
Mitinq iştirakçıları “Demokratiyanı xilas edək” və başqa şüarlar qışqıraraq, baraban və vuvuzelaların müşayəti ilə şəhər boyu yürüş edib.
Polis mitinqi qeyri-qanuni elan edib. Hökumətin mətbuat orqanlarının dediyinə görə, 7 mindən çox polis mitinqə nəzarət edib.
Hazırda Peruda keçirilən Asiya-Sakit okean iqtisadi tərəfdaşlıq sammitində olan baş nazir Nacib Razak “1Malaysia Development Berhad (1MDB)” adlı Malayziya hökumət fondundan yoxa çıxan pullarla bağlı böyük maliyyə skandalına görə tənqidlərə məruz qalır. (Azadlıq.info)