XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 16:15

Türkiyədə təcridxanada qiyam:100-ə qədər şəxs qaçdı

İstanbulda qeyri-qanuni miqrantların deportasiya olunmaları üçün saxlandıqları mərkəzdə qiyam qalxıb.

Trend "Haber 7" qəzetinə istinadən xəbər verir ki, miqrantlar binada yanğın törədiblər, daha sonra qapıları sındıraraq qaçıblar.

Hadisə yerinə gələn polis onların qarşısını ala bilməyib. Hüquq mühafizə orqanları odlu silahdan atəş açıblar. Mərkəzdən müxtəlif ölkələrin vətəndaşları olan 100-ə yaxın qeyri-qanuni miqrantın qaçdığı deyilir. İstanbul polisi qaçan miqrantları axtarmağa səfərbər olunub.

Yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.