XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 16:38

Hələbdə kütləyə atəş açıldı:ölənlər var

Suriyanın Hələb şəhərinin bir hissəsini nəzarətdə saxlayan silahlı qruplaşmanın üzvləri etiraz aksiyasına çıxan sakinlərə atəş açıb.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə şəhər sakini ailələri ilə birlikdə radikalların siyasətinə etiraz olaraq nümayişə çıxıblar. Onlar şəhəri tərk etmək istəyənlərə icazə verilməsini tələb ediblər.

Aksiyanı dağıtmaq məqsədilə qruplaşma üzvləri avtomat silahlardan atəş açıblar. Nəticədə dinc sakinlər arasında ölən və yaralananların olduğu deyilir.