XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2016 - 12:10

Fransa Estoniyaya qoşun 300 hərbçi göndərir –Rəsmi

fransa

Fransanın Müdafiə naziri Jan İv Le Drian estoniyalı həmkarı Hannes Hanso ilə görüşü zamanı bu ölkəyə 300 hərbçi və 5 tank göndəriləcəyini açıqlayıb.

Bu barədə Estoniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, NATO-nun bu ilin iyul ayında Varşavada keçirilən sammitində Latviya, Litva, Estoniya və Polşada batalyonların yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Latviyada yerləşdiriləcək batalyonun əsasını Kanada hərbçiləri, Litvada – Almaniya, Estoniyada – Böyük Britaniya, Polşada isə ABŞ hərbçiləri təşkil edəcək.

Estoniyada 2017-ci ilin birinci yarısında yerləşdiriləcək NATO batalyonu, 800-ü britaniyalı, 300-ü isə fransalı hərbçi olmaqla 1100 hərbçidən ibarət olacaq. Sonradan fransızları danimarkalıların əvəz edəcəyi planlaşdırılır. Böyük Britaniya həmçinin “Varrior” döyüş maşınları, “Çellenger 2” tankları və kəşfiyyatçı pilotsuz uçan aparatlar ayıracaq. (Axar.az)